
Gözümüzü açıb gördük ki, adamlar inamsızlıq fəlakətinə düçar olub, mütləqsizlik bəlasına qərq olublar.
Dünya dünyaya bənzəmir,
İnsan insana bənzəmir,
Xalq xalqa bənzəmir,
Qadın qadına bənzəmir,
Kişi kişiyə bənzəmir,
İnamsızlıqdan ayrıldıq, İnamımızı tapdıq, İnam uğrunda Ruhani döyüşə başladıq.
Gözümüzü açıb gördük ki, adamlar İnsan olmaq istəmirlər:
Yırtıcılıq dünyanı tutub,
Həsəd dünyanı tutub,
Hərislik dünyanı tutub,
Şəhvət dünyanı tutub,
Qorxu dünyanı tutub,
Xudbinlik dünyanı tutub.
Düşündük, daşındıq, adamlardan ayrıdıq, İnsanımızı tapdıq, İnsan naminə Ruhani döyüşə başladıq.
Gözümüzü açıb gördük ki, İnsana zidd cəmiyyətdə yaşayırıq.
İnsanı əşyalaşdıran, onu mülkiyyətə çevirən, fəhləni, kəndlini alətləşdirən, şəxsi kapitalizim əvəzinə düvlət kapitalizmini bərqərar eləyən, ziyalının İdrakını əlindən alan, son dərəcə hərcai, zorlu və son dərəcə daxilən zəif olan bir cəmiyyətdə yaşadığımızı dərk elədik və qeyri – Ruhani, qeyri – İnsani cəmiyyətdən ayrıldlıq, öz Ruhani cəmiyyətimizi tapdıq, həmin cəmiyyət naminə Ruhani döyüşə başladıq.
Gözümüzü açıb gördük ki, Xalqımız əsarət boyunduruğuna düşüb, salınıb. Dövlətsizlik fəlakətində səadət verilib xalqımıza. Mənəviyyatsızlıq, müstəqilsizlik, tədricən ərimək, itmək, millətlərin qovuşması adlanan cəfəngiyyatda heç olmaq səadəti verilib xalqımıza.
Ayrıldıq əsarətdən, boyunduruqdan, əsil, müstəqil xalqımız tapdıq və Müstəqil Xalq naminə Ruhani döyüşə başladıq.
Gözümüzü açıb gördük ki, evladı olduğumuz Şərq təqlidçilik səadətindən məst olub. Fikirlərini qərbdən gətirir, doktrinalarını qərbdən gətirir, siyasi müəssisələrini qərbdən gətitir, neçə əsirdir baş işlətmir, ona görə də baş olmaqdan ayaq olub Şərq.
Şərq təqlidçiliyindən ayrıldıq, Şərqin ləyaqətini tanıdıq və həmin ləyaqət naminə Ruhani döyüşü başladıq…
Gözümüzü açıb gördük ki, bizdən əvəəl olan bütün üsullar: nə barrikadalarda zor gücünə yaranan hakimiyyətlər, nə polkovniklərin zor gücünə yaratdığı qəsdlər bəşərə heç nə vermir. Bəşər bir şərdən qurtarır, başqa şərə düşür, ondan da pisinə!
Və amallaşma yolunu seçdik. Tarixləridə vərəqlədik, öyrəndik, ömrümüzün çox hissəsini öyrənməyə həsr elədik və belə qərara gəldik ki, təzə yol olmalıdır: xalqı amallaşdırmaq lazımdır, ona Xeyri Şərdən fərqləndirməyi öyrətmək lazımdır! Amma tələsmədən. Ömrümüzün çoxu bu hu hikməti, bu adi həqiqəti öyrənməyə, bilməyə, tanımaqa həsr olunub…
Bir dəfə xalq ayaq üstə qalxmalıdı, amma başqa xalq!…
Mənim şübhəm yoxdur ki, mən əminəm ki, insanların mənaəvi səmasına Ruhaniyyat Günəşi doğacaq!
Amallaşanlara ölüm yoxdur!
Ölüm bədəni aparır ruhu aparmır!
BİZ GƏLDİK Kİ, GETMƏYƏK