
Avropa Komissiyası “Google”a qarşı araşdırma başlatdı
Avropa Komissiyası (AK) internetdə kommersiya məqsədilə axtarış alqoritmləri ilə manipulyasiyaya görə “Google”a qarşı araşdırmaya start verib.
Kanalaz.Tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Mətbuat Xidməti məlumat yayıb.
“Məqsəd “Google”un axtarış nəticələrində media mənbələrinə ədalətli, rasional və ayrı-seçkilik olmayan şərtlər tətbiq edib-etmədiyini qiymətləndirməkdir, çünki bu, Avropa İttifaqının rəqəmsal xidmətlər haqqında qanunu üzrə hüquqi öhdəlikdir”, – sənəddə deyilir.
AK vurğulayıb ki, “Google”un axtarış nəticələrində “kommersiya kontenti” ehtiva edən və “Google”un tərəfdaşı olmayan şirkətlərə aid media veb-saytlarının və digər media mənbələrinin adlarını məhdud şəkildə təqdim etdiyinə dair sübutlar var.
Qurum bu təcrübənin qəsdən olub-olmadığını və Avropa şirkətlərinin biznes aparmaq imkanlarını zəiflədib-zəiflətmədiyini müəyyən etmək niyyətindədir. Araşdırma tamamlandıqdan sonra şübhələr təsdiqlənəcəyi təqdirdə, “Google” dünya üzrə dövriyyəsinin 10%-ə qədəri həcmində cərimə riski ilə üzləşəcək, AK bu pozuntuların təkrarən olduğunu sübut edərsə, cərimə 20%-ə çata bilər