

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Bosniya və Herseqovinada rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri Zukan Helez ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Qarşılıqlı səfərlərin və bu cür görüşlərin hərbi əlaqələrin genişlənməsinə, səmərəli təcrübə mübadiləsinin aparılmasına töhfə verdiyi vurğulanıb. Tərəflər həmçinin hərbi sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Görüşün yekununda iki ölkənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb, nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib.
Rəsmi səfər proqramına uyğun olaraq general-polkovnik Z.Həsənov hərbi sənaye zavoduna və digər hərbi təyinatlı obyektə baş çəkib, orada yaradılan şərait və istehsalat avadanlıqları ilə tanış olub.








Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bosniya və Herseqovinaya səfər edib.
Oxu.Az-a bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviçlə görüşüb.
“Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müdafiə naziri, həmçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Dostluq Parkında Xocalı və Srebrenitsa soyqırımları qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə əklil qoyub”, – deyə məlumatda qeyd edilib.




