
Banqladeş məhkəməsi ölkənin keçmiş baş naziri Şeyx Hasina, bacısı Şeyx Rehana və yaxın qohumu, Böyük Britaniya parlamentinin deputatı Tulip Siddiqin korrupsiya işi üzrə həbs cəzasına məhkum edilmələrinə dair yeni qərar çıxarıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Daily Star” nəşri məlumat verib.
Məlumata görə, Şeyx Hasina beş il, bacısı yeddi il, yaxın qohumu isə iki il müddətinə həbs cəzasına məhkum ediliblər. İş Purbaçolda “Yeni şəhər Rajuk” layihəsi çərçivəsində torpaqların paylanması zamanı yol verilən qanun pozuntuları ilə bağlıdır. İttiham tərəfi hesab edir ki, torpaq əraziləri qeyri-qanuni yolla satılıb.
Xatırladaq ki, ötən həftə Şeyx Hasina keçmiş baş nazirə torpaq ayrılması ilə bağlı irəli sürülən üç ittiham üzrə yeddi il həbs cəzasına məhkum edilib və bu da ümumilikdə 21 il azadlıqdan məhrumetməyə bərabərdir.
Noyabrın ortalarında Banqladeş Beynəlxalq Cinayətlər Tribunalının da hökmü elan edilib və buna əsasən, keçmiş baş nazir insanlığa qarşı cinayətlər və soyqırımı ittihamları üzrə qiyabi olaraq ölüm cəzasına məhkum edib.
Şeyx Hasina 2024-cü ilin avqust ayından bəri Hindistandadır, Banqladeşdə baş verən kütləvi iğtişaşlardan sonra ora gedib. 2024-cü ildə Banqladeş hakimiyyəti onun diplomatik pasportunu ləğv edib. Dəkkə israr edir ki, onun ekstradisiyası Hindistanla 2013-cü ildə bağlanmış cinayətkarların qarşılıqlı ekstradisiyası haqqında müqaviləyə əsasən həyata keçirilməlidir.
Qeyd edək ki, 2024-cü ilin iyul ayında Banqladeşi hökumət əleyhinə etirazlar bürüyüb və bu aksiyalarda yüksək işsizlik səviyyəsindən və iqtisadi perspektivlərin olmamasından narazı olan tələbələr iştirak ediblər. İğtişaşlar və etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində təxminən 1400 insan həlak olub. Şeyx Hasina KİV-ə müsahibələrində bəyan edib ki, iğtişaş iştirakçılarının öldürülməsi barədə əmr verməyib. Sabiq məmur iddia edib ki, bu təlimatlar onun ölkədən qaçmasından sonra müvəqqəti hökumətə rəhbərlik edən Məhəmməd Yunus tərəfindən verilib.
Oxu.az