
İran əlində olan uran ehtiyatlarını əsla Rusiyaya təhvil verməməlidir.
Bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Qacarlar dövründən başlayaraq Rusiya heç bir zaman İran üçün dost olmayıb”,- o əlavə edib.
Keçmiş nazir Rusiya ilə İsrail əalqələrinin dərin olduğuna diqqət çəkib:
“Unutmayın Rusiyanın İsraillə əlaqələri heç də az deyil və onlar dərindir. Rusiya hər an İsraillə bazarlıq edə bilər. İran əsla Rusiyaya bu cür rıçaq verməməlidir”.