
Kanalaz.Tv oxucularına Dilavər Əzimlinin 10 il öncə Asif Ata haqqında olan yazısını təqdim edir.
Sentyabrın 25-i XX əsr Azərbaycan tarixində xüsusi iz qoymuş Turan dünyasının ən böyük şəxsiyyətlərindən olan, XX əsr Azərbaycanın ictimai-siyasi mübarizəsində əvəzolunmaz rolu olan Asif Atanın anadan olan günü (80 yaşı) idi. Özünün bənzərsiz düşüncəsi, həyat tərzi ilə Türk Dünyasında Ata olan bu nadir şəxsiyyət Azərbaycanın qızıl fonduna daxil olan insanlardandır. Dünyada şox filosoflar olub. Lakin o filosoflar yaşayıb ki, fəlsəfə sisteminə yeniliklər gətiriblər. Xoşbəxtik ki, belə bir fəlsəfi sistemi gətirənlərdən biri də Böyük Türk olan Asif Ata idi.
O, çox nəhəng insandır! Bu insan bütün elm sahələrini bilirdi, mahiyyətini aydın ifadə edirdi. Gözəl musiqi duyumu var idi. Bəstələdiyi musiqiləri eşidəndə adamın qanı qaynayırdı, ruhu coşurdu.
***
Asif Ata ilə bir neçə dəfə təkbətək görüş mənə də qismət oldu. Görüşdən ayrılmaq olmurdu. Fəlsəfə üzrə bütün mütəxəssislər qəbul edirlər ki, Azərbaycan fəlsəfəsinin XX əsrdə atası Asif Ata idi. Onun xatirəsi çoxsaylı insanların qəlbindədir. Amma bu cür filosof ermənilərdə, gürcülərdə, ümumiyyətlə, başqa xalqlarda olsaydı, onlar gör nələr edərdilər.
***
Biz nə qədər də unutqanıq! Bizim fikrimiz başqa şeylərə yönəlib. Belə şeylər bizi maraqlandırmır. Asif Ata Azərbaycan və Turan dünyasının, bəşərin xoşbəxtliyi uğrunda yorulmadan mübarizə aparıb. Asif Ata buna görə təqiblərə məruz qalıb, ancaq sınmayıb.
***
Məğrur insan olan Ata bütün imtahanlardan üzüağ çıxdı. Sovetlər dönəmində verilən bütün elmi adlardan imtina etmişdi. Özünü ona düşmən sayanları yülsək mədəniyyət və elmlə susdururdu. Onu həmişə qalib görürdüm. İnsanlığa, türklüyə mütləq bağlı insan idi. Hamını insanlaşmağa çağırırdı. Bundan böyük çağırış ola bilməzdi! Bu, bütün insanlara məhəbbət çağırışı idi. Azərbaycanı, Bütöv Azərbaycanı çox sevirdi! Bu gün Atanın ardıcılları onun işini davam etdirirlər. Onu bizlər çox sevirik!
Bayramınız kutlu olsun, Asif Ata sevərlər!
Sentyabr, 2015-ci il