
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin heyəti xalqımızın ulu öndəri Heydər Əliyevin anım günündə Fəxri Xiyabanı ziyarət edib.
Ziyarət zamanı Azərbaycanın dövlətçilik tarixində ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, xalqımızın inkişaf və rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin məzarı qarşısına gül dəstələri düzülüb, ulu öndərin əbədiyaşar xatirəsi dərin hörmət və ehtiramla yad edilib.