Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün beşinci matçında Slovakiya Hindistanla üz-üzə gəlib.

Qarşılaşma avropalıların 15:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, daha əvvəl İngiltərə Ukraynanı (4:0), Portuqaliya Bolqarıstanı (3:1), Fransa Çadı (1:0) məğlub edib. Macarıstan – Türkiyə qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında ilk böyükhesablı qələbə qeydə alınıb.

Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün dördüncü matçında Ukrayna və İngiltərə milliləri üz-üzə gəliblər.

Britaniyalılar rəqibini dörd cavabsız qolla üstələyiblər.

Qeyd edək ki, daha əvvəl Portuqaliya Bolqarıstanı (3:1), Fransa Çadı (1:0) məğlub edib. Macarıstan – Türkiyə qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün üçüncü matçında Portuqaliya yığması Bolqarıstanla üz-üzə gəlib.

D qrupunun matçı Portuqaliyanın 3:1 hesablı qələbəsi ilə bitib.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan günün ikinci matçında Türkiyə və Macarıstan komandaları üz-üzə gəliblər.

C qrupunun qarşılaşması heç-heçə yekunlaşıb – 1:1.

Qeyd edək ki, bu gün daha altı qarşılaşma baş tutacaq. İlk matçda Fransa yığması Çadı minimal hesabla üstələyib – 1:0.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Bakıda minifutbol üzrə dünya çempionatına start verilib.

Oxu.Az xəbər verir ki, turnirin Milli Gimnastika Arenasında keçirilən ilk oyununda Fransa və Çad komandaları üz-üzə gəliblər.

B qrupunun qarşılaşması Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:0.

Qeyd edək ki, bu gün daha yeddi matç gerçəkləşəcək. A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk gündə 8 matç keçiriləcək.

A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

Dünya çempionatı

Qrup mərhələsi

I tur

21 may

A qrupu

20:30. Azərbaycan – Bəhreyn

23:00. Mavritaniya – Sloveniya

B qrupu

09:15. Fransa – Çad

21:45. Rumıniya – Özbəkistan

C qrupu

10:30. Macarıstan – Türkiyə

13:00. Ukrayna – İngiltərə

D qrupu

11:45. Bolqarıstan Portuqaliya

14:15. Slovakiya – Hindistan

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir