
“Hicab namusdur, qeyrətdir” deyənlərə cavab olaraq İran prezidenti Məsud Pezeşkian inqilabdan əvvəlki universitet mühitindən danışıb və qadınların ləyaqəti mövzusunda sərt açıqlama verib.
“İnqilabdan əvvəl – universitetdə oxuduğumuz vaxt – çoxlu qız tələbə hicablı deyildi, amma çox şəxsiyyətli idilər. Heç bir qız özünü başqa cür göstərmirdi. O vaxt heç kim onlara söz deyə, ya da hörmətsizlik edə bilməzdi. Qadının, qızın şəxsiyyəti tamam başqa bir dəyərdir.”
O, bəzi qrupların qadınların davranışlarını bəhanə edib onları hədəf almasını tənqid edib:
“İndi bəziləri müəyyən davranışlara görə bütün qadın və qızlarımızı sual altına almaq istəyir. Bu, doğru deyil. Birincisi, qızlarımız və bacılarımız belə hallara qarşı dayanmalıdır. İkincisi, cəmiyyət özü də bunu qəbul etmir və etməməlidir. Buna qarşı konkret metodlar tapılmalıdır ki, qadınlara yönələn bu sayğısızlıqların qarşısı alınsın.”
Prezidentin bu fikirləri ölkədə böyük rezonans yaradıb və geniş ictimai müzakirələrə səbəb olub.