Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Tbilisidəki Nümayəndəlik Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.

Bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüş səmərəli keçib. Aleksandr Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramına və onun müdafiə və təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı haqqında əsas məruzə ilə çıxış edib.

Nümayəndə heyəti, həmçinin NATO səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib.

Səfər 2025-26-cı illərdə NATO-nun Azərbaycandakı əlaqə mərkəzi kimi fəaliyyət göstərəcək Slovakiya və İsveç səfirliklərinin dəstəyi ilə təşkil olunub. ( Oxu.az)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir