“Qərbi Azərbaycan İcmasının tətbiq etdiyi strategiyanı çox doğru hesab edirəm. Çünki icma haqlı olaraq beynəlxalq hüquqa əsaslanan qayıdış tələb edir”.

Bunu Kanalaz.tv Oxu.Az-a istinadən açıqlamasında Şimali Kipr Türk Respublikasından olan diplomat, professor Hüseyn Işıksal Bakıda keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” adlı beynəlxalq konfrans çərçivəsində deyib.

O bildirib ki, bu tələb insan haqları ilə bağlıdır və yerinə yetirilməlidir:

“Ona görə də bu proses yanlış yerə yozulub, siyasi məqsədlər kimi qələmə verilməməlidir. Əslində bu cür fəaliyyətlər fikir formalaşdırır və gələcəkdə beynəlxalq hüquqa uyğun olaraq ciddi bir dəstəyə gətirib çıxaracaq. Bu cür konfranslar da bu prosesə dəstək verdiyi üçün çox önəmlidir. Ona görə də bu vəziyyətin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasını, real arqumentlərin ortaya qoyulmasını çox doğru hesab edirəm”.

“Qərbi azərbaycanlıların qayıdış arzusu eşidilməli və dəstəklənməlidir. Mən xüsusən də Vaşinqton görüşündən sonra Ermənistanla Azərbaycan arasında sülh prosesinin son mərhələyə gəldiyini müşahidə edirəm. Ermənistan Azərbaycan ərazilərinə olan iddialarını tamamilə geri çəkəndən sonra isə yeni bir pəncərə açılacaq”, – deyə diplomat vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir