
Məşhur amerikalı sahibkar İlon Mask Ağ Evdə təntənəli şam yeməyi zamanı qonaqlardan birindən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı terrorçu hesab edib-etmədiyini soruşub.
Bu barədə “Daily Mail” nəşri şam yeməyinin videosunu araşdıran dodaqdan oxuma sahəsində mütəxəssis Nikola Hiklinqə istinadən yazıb.
“O, qədəhindən bir qurtum alıb hiyləgərcəsinə soruşdu: “Sizcə, o (Məhəmməd bin Salman – red.), terrorçudur?” – deyə nəşr Maskın dediyi ehtimal olunan sözləri Hiklinqin dilindən təqdim edib. ( Oxu.Az)
Nəşrin yazdığına görə, Mask bu sualı “Pfizer” əczaçılıq şirkətinin baş direktoru Albert Burla verib. Hiklinq bildirib ki, Burl Maskın sualını çaşqınlıqla qarşılayıb.