
Yanvar ayının 18-də Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Kanalaz. TV Oxu.Az- istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.
Hadisə yerinə baxış zamanı ümumi çəkisi altı kiloqram 600 qram narkotik vasitə marixuana götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.