
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
Kanalaz.Tv xəbər verir ki, o, bu barədə özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“8 Noyabr – Qələbə Gününü, 44 günlük Vətən müharibəsində Şuşanın azad edilməsini, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edən Azərbaycan xalqının və Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığını və birliyini qürur hissi ilə anıram”, – deyə paylaşımda bildirilir.