560084_141470556016625_643230051_n
Şeyx Nəsrullahların sayı günü gündən artır. Çünki
cəmiyyətdə bu cür insanlara sosial sifariş yetərincədir. Ona görə ki cəmiyyətdə natamlığ kompleksi var, yetkinləşməyiblər. Bu səbəbdən də insanları aldatmaq və beyinlərinin yumaq çox asan olur. Həmdə xurafatın sırınması milli-mənəvi dəyərlərin təbliğı kimi təqdim olunur.
İnsanların müassir Şeyx Nəsrullahlara alanmalarının bir neçə səbəbi var. Səbəblərdən biri və birincis onların avam, savadsız, təfəkküsüzlüyüdürsə, ikinci səbəbi onların kim tərəfindən allanımalarıdır.
Dəfələrlə bu mövzuya baş vursaqda təkrar etməyə məcburuq. Ona görə ki, insanları cəhalətə çəkənlər ütanmadan, bu pis əməllərindən əl çəkmək istəmirlər. Demək belə bir məntiq ortaya çıxır ki, onlar bunu etməklə doğrudanda xeyli var-dövlət sahibinə çevrilirlər. Qazancları, adamları elmə yönəltməyə yox cəhalətə sürükləməkdən çıxır.
Bu adamlar kimlərdi?! Bir vaxtlar xurafatı mollalar yayırdılarsa, bu gün onlar bu işə yetərincə yaramırlar. Ona görə ki, xalqda din adamlarına inam çox azalıb, intelktləridə yetərli deyil. Bu səbəbdən xurafatın təbliğində maraqlı olan “ağalar” variantı dəyişərək elm adamlarından geninə- boluna istfadə edirlər. Bizim titullu və titulsuz elm adamlarımız, yazıqlar olsun ki, bu “biznesə” can-başla girişib pullar qazanırlar.Təəssüflər olsun ki, bu sayaq alimlərimiz üçün vətən, millət anlayışı yoxdur.Onlar üçün nəyin hesabına olursa olsun, fərq etmir, təki var-dövlətləri olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir