
Budur mənim dövlətim. Canım Azerbaycanım.
Qürur duydum. Oradakı insanlar bizim insanımızdır. O yurdlar bizim yurdumuzdur. Qardaşlarımıza sahib çıxmaq hamımızın borcudur.
🇦🇿🇮🇷 Azərbaycan Prezidentinin tapşırığına əsasən İrana humanitar yardım yola salınıb
Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığından sonra, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının qarşılanması məqsədilə İrana humanitar yardım göndərilib.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimat daxildir.