
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Kanalaz.Tv xəbər verir ki, Söhbət zamanı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin energetika və nəqliyyat-logistika sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Həmçinin tərəflər beynəlxalq gündəlikdə duran aktual mövzular ətrafında da fikir mübadiləsi aparıblar.