“Qarabağ” mənə bu komandanı xatırladır – “Onlar üçün heç bir avtoritet yox idi”

  

“Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı Rusiyada da diqqətdən yayınmayıb.

Yerli mütəxəssislər Azərbaycan çempionunun Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə heç-heçə etməsini (2:2) dəyərləndiriblər.

Rusiya millisinin sabiq futbolçusu Sergey Kiriyakоv ağdamlıların hətta pley-offa vəsiqə qazanmaq şansının da yüksək olduğunu düşünür:

“Düşünülürdü ki, “Qarabağ” Çempionlar Liqasında autsayder olacaq. Amma ümumiyyətlə, Azərbaycan çempionatı güclüdür və görürük ki, onların çempionu Avropanın ən yaxşı klubları fonunda itmir.

Fikrimcə, “Qarabağ”ın pley-off şansları var. Artıq xal topladılar və bundan sonra oyunlara strategiya ilə hazırlaşmaq olar: hansı matçda heç-heçə, hansında müdafiədən oynamaq. Bu baxımdan pley-offa düşmək üçün müəyyən üstünlüklər var”.

Futbol şərhçisi Gennadi Orlov da “Qarabağ” barədə müsbət fikirlər səsləndirib:

“Qarabağ” mənə ən yaxşı vaxtlarındakı “Şerif”i xatırladır. Xatırlayırsınız, Çempionlar Liqasında nələr edirdi? “Real”ı məğlub edirdi.

Onlar üçün heç bir avtoritet yox idi. İndi də “Qarabağ” elədir – cəsarətli, özünəinamlı, meydanda heç nədən çəkinmirlər”.

4 turdan sonrs “Qarabağ”ın aktivində 7 xal var.  (sportinfo.az)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir