
Bakıda “Qarabağ” və “Çelsi” arasında keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa təyinat alan avstriyalı hakim Sebastyan Qishamer ötən ay Azərbaycan millisinin matçını idarə edib.
Sportinfo.az xəbər verir ki, 37 yaşlı FIFA referisi DÇ-2026-nın seçmə mərhələsində yığmanın oktyabrın 13-də Polşada Ukraynaya uduzduğu (1:2) görüşdə iş başında olub.
Ədalət təmsilçisi əvvəlki illərdə “Qarabağ” klubunun və U-21 millisinin oyununa da təyina alıb.
O, 2017-ci ildə Azərbaycan və Çexiyanın U-21 yığmalarının yoldaşlıq qarşılaşmasında söz sahibi olub. Həmin görüş rəqibin 5:0 hesablı qələbəsi ilə bitib.