UEFA Çempionlar Liqasının əsas məhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”ın öz meydanında “Çelsi”yə qarşı keçirdiyi matçda 2:2 hesabı ilə heç-heçə etməsi beynəlxalq idman ictimaiyyəti arasında böyük əks-səda doğurub.

 

Kanalaz.Tv Oxu.Az- at istinadən xəbər verir ki, məşhur idman simaları və resursları sosial şəbəkə hesablarında Ağdam təmsilçisinin qazandığı uğurlu nəticə ilə bağlı paylaşımlar ediblər.

 

Onlardan bəzilərini təqdim edirik:

 

Tanınmış insayder və jurnalist Fabritsio Romano paylaşımında “Qarabağ” “Çelsi”ni dayandırdı” yazaraq, Qurban Qurbanovun yetirmələrinin əldə etdiyi naliyyətə diqqət çəkib.

 

Futbol mövzularına dair karikaturaları ilə məşhurlaşan Omar Momani böyük hərflərlə “QARABAG” yazılı paylaşım edərək, Ağdam təmsilçisinin İngiltərə nəhəngi qarşısında böyük uğur əldə etdiyinə işarə edib.

 

İspaniyanın məşhur “Marca” nəşri də təmsilçimizin uğurundan yan keçməyib. Nəşr paylaşımında “Qarabağ”dan klublararası dünya çempionu “Çelsi”yə sürpriz” sözlərinə yer verib.

 

Rusiyanın “Çempionat” nəşri “Qarabağ” “Çelsi”dən xal aldı” başlığı paylaşımında dörd oyundan sonra ağdamlıların londonlularla eyni xala – yeddi xala malik olduğunu qeyd edib.

 

Şimal qonşumuzun “Matç TV” telekanalı “Qarabağ”ın Çempionlar Liqasından çox güclü təsir bağışladığını vurğulayıb: “Bu dəfə Mareskadan xal qopardılar. Azərbaycan klubu hazırda “Yuventus”, “Napoli” və “Atletiko”dan üst mövqedədir”.

 

Türkiyənin NTV telekanalının “NTV Spor” sosial media hesabı da Azərbaycan təmsilçisinin uğurlu nəticəsinə toxunaraq yazıb: “Qarabağ öz hekayəsini yazmağa davam edir. İngilis nəhənginə də “dayan” dedi”.

 

UEFA Çempionlar Liqasının sosial şəbəkə səhifəsi “Qarabağ”ın “Çelsi” ilə heç-heçə etdiyini qeyd edərək, Yankoviçin qol sevincini yaşadığı şəklini paylaşıb.

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir