
Yəqin ki, bu danılmaz faktı danmaq istəyən bir nəfər də nadan tapılmaz. İndi Azərbaycanda yaşamaq üçün sadəcə, bir yer tapıb başını girələməlisən. Amma bu mənzərə qınanılmalıdırmı? Kimi, necə, nəyə görə qınayaq? Problemin kökünü bilən var? Məsələn, gəlin, mən bir-iki tikə sadalayım. Tutaq ki, bir uşaq böyüyüb baytar olmaq istəyir. İstəyir ki, it-pişik sağaltsın, mala-qoyuna baxsın, amma onu məcbur edirlər ki, sən mütləq insan cərrahı olmalısan. O da böyüyür, olmağına olur insan cərrahı, amma gəlib xəstənin sağ ayağı yerinə sol ayağını kəsir.
Oxumaq istəyəni oxutmurlar, oxumamaq istəyən məcbur edilir, ortaya da sonda bəxbəxt olmuş gənclik ordusu çıxır. Bu hələ çox xırda, problemin ilkin mərhələsidir. Tutaq ki, bu cür məcburi, kəllə-mayallaq da olsa, hər şey yaxşı oldu. Bu zamanda öz təyinatında gəlib otura bilmirsən. Azərbaycanda rüşvət yığışdırılsa da, qismən “şirinlik” qalıb. Məhz həmin bu “şirinlik”lər başqalarının……..