Tehranda etirazlar zamanı 34 məscid yandırıldı
Tehran, İran — 12 yanvar 2026
Tehranda baş verən etirazlar zamanı paytaxtın 34 məscidi alova verilib, digər ictimai və kommersiya obyektlərinə də ciddi ziyan dəyib. Bu barədə Tehran Yanğın Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Bildirilir ki, etirazlar zamanı həmçinin 26 yaşayış evi, 40 bank filialı, 15 ticarət mərkəzi, 13 hökumət binası və 50 nəqliyyat vasitəsi yanıb. Hadisələr paytaxtın müxtəlif yerlərində baş verib və nümayişçilərlə hüquq‑mühafizə orqanları arasında toqquşmalar fonunda qeydə alınıb.
Etirazlar əvvəlcə iqtisadi problemlərdən qaynaqlanıb, sonradan isə siyasi narazılığa çevrilərək ölkə üzrə yayılıb. Yanğınlar yalnız məscidlərə və dövlət obyektlərinə deyil, eyni zamanda bir çox kommersiya müəssisələrinə də ziyan vurub.
İran hakimiyyəti hadisələrlə bağlı müvafiq istintaq aparıldığını və məsul şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir