aaaaaaaaaaaaa

Hər kəsə bəllidir ki, televiziyalar tək informasiya vasitəsi deyil, həm də ən güclü təbliğat vasitəsidir. Bu səbəbən də cəmiyyətdə TV-lərin rolunu inkar etmək doğru olmaz.
Təəssüf ki, TV-lərimiz dövlətimizə və dövlətçiliyimizə lazımlı doğru-düzgün təbliğatı qura bilmir, ya da qurmaq istəmirlər. Vətənpərvərlik ruhlu, milli-mənəvi dəyərlərin aşılanması, maarifləndirici layihələr yox dərəcəsindədir. Və nəticədə milləti geriliyə sürükləyən lahiyələr özünə rahatlıqla yer edir.
Sosial verlişlər adı altında xalqa sırınan korrupsiya qoxulu verilişlər ikrah yaradır. Nümunəvi əməl və davranışları ilə fərqlənən insanlar verilişlərə dəvət olunmur. Əksinə, psixoloji problemləri olan və yaxud da mənfi reputasiyalı insanları TV-lərə çıxarıb Azərbaycan xalqının siması kimi təbliğ edirlər ki, bu da təhlükəli tendensiyalardan xəbər verir. Bu cür layihələrin çox təhlükəli olduğunu və cəmiyyəti hara apardığını ayıq adamlar bilməmiş deyil.
Əxlaqi dəyərlərindən çox uzaq olan, aparıcıların ağzından üfunət tökülən, xalqımızı aşağılayan verilişlər əxlaqsızlıq yuvasını xatırladır. Demək olar ki, həm də belə verişlərin sayəsində ailə inustutumuz dekradasyya uğrayır desək, yanılmarıq.
Şou xarakterli verilişlərdə səsləri və müsiqi təhsilləri olmayanların, səhnə mədəniyyətindən kənar sənətdən xəbərsizlərin meydan sulaması musiqi dəyərlərimizə olan qəsddir. Bu cür verilişlər sanki “həci” axtarışında olan “müğənni”lərə xidmət edir. Dodaqlarını və bəzi nahiyələrini silikonlayan müğənniçiklərə qapılarını taybatay açan TV-lər bilərəkdən, ya da bilmıyərəkdən insanların zövqünü korlayırlar. Nəticədə insanlar yanlış təbliğatın alətinə çevrilirlər. Başqa cür də ola bilməz, sanki təbliğatın qayəsi elə budur. Elə bu səbəbdən də əksər simalar asan yolla pul qazanmaq üçün səsi oldu-olmadı müğənni olmağa can atırlar. Ona görə də ölkədə istedadsız, şit, abır-həya hissini itirmiş müğənnilərin sayı-hesabı yoxdur.

P.S. Televiziyalarda islahatlar aparılmalı, dövlətə, dövlətçiliyə, sənətə xidmət etməyən, biznesə qurşanan kadrlar kənarlaşdırılmalı, ziyalılar səsini qaldırmalı və nəhayət Audiovizual Şurası öz funksiyasını yerinə yetirməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir