ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna liderləri arasındakı dərin qarşıdurmaya görə Ukrayna münaqişəsinin həlli üzrə bütün danışıqları şəxsən özü aparmalı olacaq.

Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, Tramp bu fikirləri Nyu-Cersi ştatının Bedminster şəhərində Ağ Evin mətbuat korpusu ilə söhbəti zamanı səsləndirib.

“Volodimir Zelenski və Vladimir Putin arasındakı nifrət təsəvvür olunmaz dərəcədədir. Hesab edirəm ki, bütün danışıqları mən aparmalı olacağam. Onlar bir-birinə nifrət edirlər”, – deyə Tramp vurğulayıb.

Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşünün vaxtı ilə bağlı suala cavabında isə Tramp konkret tarix göstərməyib, lakin danışıqların tezliklə baş tutacağına ümid etdiyini bildirib.

“Bilmirəm, amma nisbətən tezliklə. Bu məsələni bir şəkildə həll edəcəyik, özü də çox gec olmadan”, – deyə ABŞ prezidenti əlavə edib.

Tramp: “Ukrayna münaqişəsinin həlli üçün danışıqları şəxsən mən aparmalı olacağam”ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna liderləri arasındakı dərin qarşıdurmaya görə Ukrayna münaqişəsinin həlli üzrə bütün danışıqları şəxsən özü aparmalı olacaq. Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, Tramp bu fikirləri Nyu-Cersi ştatının Bedminster şəhərində Ağ Evin mətbuat korpusu ilə söhbəti zamanı səsləndirib. “Volodimir Zelenski və Vladimir Putin arasındakı nifrət təsəvvür olunmaz dərəcədədir. Hesab edirəm ki, bütün danışıqları mən aparmalı olacağam. Onlar bir-birinə nifrət edirlər”, – deyə Tramp vurğulayıb. Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşünün vaxtı ilə bağlı suala cavabında isə Tramp konkret tarix göstərməyib, lakin danışıqların tezliklə baş tutacağına ümid etdiyini bildirib. “Bilmirəm, amma nisbətən tezliklə. Bu məsələni bir şəkildə həll edəcəyik, özü də çox gec olmadan”, – deyə ABŞ prezidenti əlavə edib. Donald Tramp Rusiya-Ukrayna münaqişəsi Rusiya-Ukrayna danışıqları Vladimir Putin Volodimir Zelenski 101 10

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir