
Bu gün UEFA Konfrans Liqasının əsas mərhələsinin II turunun oyunları keçirilib.
Kanalaz.Tv xəbər verir ki, ümumilikdə 18 qarşılaşma baş tutub.
Türkiyənin “Samsunspor” klubu evdə Ukrayna təmsilçisi “Dinamo Kiyev”i 3:0 hesabı ilə məğlub edib Ermənistanın “Noah” kollektivi isə səfərdə Rumınıyanın “Universitatea Krayova” komandası ilə heç-heçə edib.
Qeyd edək ki, növbəti turun matçları noyabrın 6-da baş tutacaq.
UEFA Konfrans Liqası
Əsas mərhələ
III tur
AEK (Yunanıstan) – “Aberdin” (Şotlandiya) – 6:0
“AZ Alkmaar” (Niderland) – “Slovan Bratislava” (Slovakiya) – 1:0
“Hekken” (İsveç) – “Rayo Vallekano” (İspaniya) – 2:2
“Breydablik” (İslandiya) – “KuPS” (Finlandiya) – 0:0
“Drita” (Kosovo) – “Omoniya” (Kipr) – 1:1
“Şkendiya” (Şimali Makedoniya) – “Şelburn” (İrlandiya) – 1:0
“Rapid” (Avstriya) – “Fiorentina” (İtaliya) – 0:3
“Şaxtyor Donetsk” (Ukrayna) – “Legiya Varşava” (Polşa) – 1:2
“Strasburq” (Fransa) – “Yaqelloniya” (Polşa) – 1:1
“Universitatea Krayova” (Rumıniya) – “Noa” (Ermənistan) – 1:1
“Kristal Palas” (İngiltərə) – “AEK Larnaka” (Kipr) – 0:1
“Hamrun Spartans” (Malta) – “Lozanna” (İsveçrə) – 0:1
“Linkoln” (Cəbəllütariq) – “Lex Poznan” (Polşa) – 2:1
“Maynts” (Almaniya) – “Zrinski Mostar” (Bosniya və Herseqovina) – 1:0
“Siqma” (Çexiya) – “Rakuv” (Polşa) – 1:1
“Samsunspor” (Türkiyə) – “Dinamo Kiyev” (Ukrayna) – 3:0
“Şemrok Rovers” (İrlandiya) -“Selye” (Sloveniya) – 0:2