Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda metro tikintisi zamanı naməlum səbəbdən baş verən çökmə bir işçinin həyatına son qoyub.

Kanalaz. TV İHA-ya istinadən xəbər verir ki, dağıntılar altında qalan üç işçi xilas edilərək xəstəxanaya aparılıb, lakin bütün səylərə baxmayaraq yaralı işçilərdən birini xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, hadisə yerinə dərhal çoxsaylı təcili yardım maşınları, polis və yanğınsöndürənlər göndərilib. Axtarış-xilasetmə işləri aparılan ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir