Bizim əsas problemimiz sadəcə gerilik və ya zəiflik deyil.

Bizim problemimiz – anlayışın özündədir.
Biz milliliyi səhv başa düşmüşük.
Və səhv başa düşülən kimlik, gec-tez yox olur.

“Millətin nədir?” sualına verilən cavablar bizdə çox vaxt yanlışdır.
“müsəlmanam”, “azərbaycanlıyam” – deyilir.

Amma bunlar millətin adı deyil.
Bunlar sadəcə aidiyyətdir.

Aidiyyət – haraya bağlı olduğundur.
Millilik isə – kim olduğundur.

Bu iki anlayışı qarışdıran toplum, özünü də qarışdırır.

Milli kimlik dilin, tarixin, yaddaşın və özünü dərk etmənin üzərində qurulur.
Bu, dərin bir şüur halıdır – sadəcə pasportda yazılan söz deyil.

Amma biz bu anlayışı ya coğrafiyaya sıxışdırdıq,
ya da ümmət anlayışının içində əridik.

Dini kimlik – inancı ifadə edir.
Coğrafi kimlik – məkanı göstərir.

Amma millət – nə təkcə inancdır, nə də məkan.

Millət – özünü dərk edən yaddaşdır.

Tarix boyu böyük imperiyalar millətlərin adını udmağa çalışıb.
Xüsusilə imperiya sistemlərində fərdi və milli kimliklər çox zaman ümumi çərçivələrə salınıb.

Bu, təsadüfi deyil.
Adsızlıq idarə etməyi asanlaşdırır.

Və bu miras bu gün də yaşayır.

Biz hələ də kim olduğumuzu deməkdən çəkinirik.
Amma harada olduğumuzu böyük rahatlıqla deyirik.

Biz aidiyyətlərimizi sadalayırıq,
amma kimliyimizi ifadə etmirik.

Bu artıq sadə səhv deyil.
Bu – şüurun zəifləməsidir.

Millət olmaq gizlənmək deyil.
Millət olmaq ümumi sözlərin arxasında ərimək deyil.

Millət olmaq – öz adını deməkdir.

Adını deməyən millət, zamanla başqasının dili ilə izah olunur.
Özünü başqalarına anlatmağa çalışır,
amma özünü özü ifadə edə bilmir.

Bu proses səssiz gedir.
Yavaş-yavaş.
Hiss olunmadan.

Amma nəticə dəyişmir:

Milli adını səsləndirməyən millət, özünü də itirir.

Seçim isə sadədir:

Ya özünü adlandıracaqsan,
ya da başqalarının qoyduğu adların içində itib gedəcəksən.

Düzgün Atalı

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir