Türkçülük – birsifətlilik deməkdir. Türkün xamırında, mahiyyətində birsifətlilik – riyakarlığa zidd olan bütövlük çox yüksək səviyyədədir. Bu baxımdan türkçülük müasir kütləvi diplomatiyaya qarşı duran mənəvi bir müqavimət gücüdür. Əgər türk özünü itirməsə, Türk Koroğlu verə bilir. Türk Həmzə verə bilməzdi. Həmzə yəqin ki, türk deyildi. Həmzə erməniydi bəlkə də. Cilddən-cildə girmək, aldatmaq, həzz almaq, yalmammaq kiməsə – bunlar hamısı Türk Ruhuna qarşıdır. Bu, birinci. İkinci, türk döyüşkəndi, coşquncasına. Türk ölümlə öcəşəndi. Amma Türk öldürməkdən həzz alan deyil. Bunu çoxları görüblər, deyiblər. Dahilər də. Və bu doğrudan da türkün əsas xüsusiyyətlərindən biridir. Türk ölümdən qorxmur. Türk ölümlə öcəşir. Türk döyüşün ölümlə öcəşmək yüksəkliyində özünü çox gözəl hiss eləyir, amma türk öldürdüyündən və öldürməkdən həzz almır. Ona görə Teymurlənglərə, Çingizlərə aid olunan cəhətlərTürk ruhuna aid deyil. Onlar monqol ruhuna aiddir. Türk monqol deyil. Hədsiz dərəcədə mütəşşəkkil döyüş. Çox böyük cəsarət və çox məharətli döyüş. Döyüşün qələbəsi. Onun üzərində hakimlik və öldürməkdən sevinməmək. Çox nadir bir xüsusiyyətdir. Əgər Roma imperiyasını yadımıza salsaq, orda əsirlər qladiator meydanlarında camaatın gözünün qabağında ölürdü, hamı da sevincindən qəşş eləyirdi. Bu, türkə yaddır. Bu, ikinci. Üçüncü, Türk mahiyyətcə inancıldı. İnanandı. Və türkün ilk inancı göy olub, Göyün özü olub, Göy göylük mahiyyətində, ədəbiyyatında, poeziyasında, musiqisində yerə- göyə sığmır. Hardasa Türklük – Göylükdür.

Türk irqi Göy İrqidir hardasa. Öz yönünə görə, özünün fikrinə görə, onun sazına görə. Sazlıq – tanrıçılıqdır, göylə yerin birliyidir. Göy çağırışıdır. Göy çağırmaqdır. Bu çox xüsusi bir məsələdir. Və göy inanclı olduğu üçün də Türk Ruhu islam ruhuna kökündən ziddir. Ümumiyyətlə, dinlərin hamısına qarşıdır. Türk inamı din deyildi. Türk inamı daxili Göylük həsrətiydi, daxili ucalıq həsrətiydi, ona qovuşmaq eşqiydi. İslam isə itaətdir. Türk vüqar rəmzi olub həmişə. O Vüqar onu gətirib Orta Asiyadan Avstriyaya qədər. Hunların dövründə, XI əsrdə Səlcuqların mahiyyətində həmin o vüqar yaşayıb. Gəliblər çıxıblar, böyük bir Səlcuq imperiyası Yaradıblar. Və sonra Osmanlı dövləti yaradıblar, O vüqara görə. İtaət isə Türkə yaddır. Ona qarşıdır. Türk ruhuna qarşıdır. Ona görə də islamçı türkçülük mahiyyətcə antitürkçülükdür. Ona görə mən müasir rəsmi türkçülüyə inanmıram. O siyasət üçündür və siyasətçilər camaatın avamlığından bəhrələnirlər. Bu siyasi türkçülükdə, rəsmi türkçülükdə. Türk ruhu Möhtəşəm olduğu dərəcədə zərifdir. Bu həm sazda özünü tapır, həm də ümumiyyətlə türk həyatında özünü tapır!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir