118173174_4135947463236560_4511537950285876456_n
Bu fenomen şəxsiyyət dünya fəlsəfəsində öz təlimini yaratmış filosoflardan tmamilə fərqlənən ,, Mütləqə Inam” adlı fəlsəfi sistemini yaratdı. Həyatı və yaradıcılığı hər bir Azərbaycanlıya örnək olan Asif Ata öz yaratdığı sistemdə Türk xalqlarının gələcək yaşam fəlsəfəsinin konturlarını cızdı.
Bu gün ölkə ictimai fikrinə Asif Atanın təsiri danılmazdır. Hətta onu dahi kimi qəbul etməyənlər belə özləri də bilmədən Asif Atanın təsirindən çıxa bilmir. Azərbaycançılığın, Türkçülüyün dünəni, bu günü və gələcəyini onun qədər uzaqgörənliklə dəqiq təsvir edən ikinci bir şəxsə rast gəlməzsiniz.
Asif Ata bir ruhaniyyat adamı idi. Siyasətlə heç vaxt məşğul olmamışdı. Amma Azərbaycan siyasətinə onun qədər yeni fikir, yeni düşüncə, yeni yanaşma tərzi aşılayan kimsə yoxdur. O, Azərbaycan siyasətinə böyük təsir vasitəsidir. Ata fəlsəfəsini dərindən mənimsəyən siyasətçi ideoloji və həlledici məqamlarda ölkə mənafeinə ziyan gətirəcək səhvə yol verə bilməz.
Onun fəlsəfi təlimi siyasətdən üstün və daha uzaq gələcəyə hesablandığı üçün mükəmməldir. Arzu edərdim ki, hər bir gənc Azərbaycanlı , xüsusilə siyasətlə məşğul olan şəxslər Atanın əsərlərini stolustu kitabına çevirsin. O zaman siz dünyanın çox kiçik olduğunu duyacaqsınız. Biləcəksiniz ki, ölkənin gücü ordusunda və say çoxluğunda deyil. Ölkənin gücü insanlarının daşıdığı milli ideologyasındadır.
Bu gün Azərbaycan cəmiyyəti parcalanmış durumdadır. Ruspərəslər, iranpərəstlər, ermənipərəstlər, ərəbpərəstlər və daha neçə ölkələrə qul olmağa hazır olan vətəndaşlarımız var. Onları bir ideya ətrafında birləşdirəcək yeganə təlim ,,Mütləqə Inam” fəlsəfi sistemidir. Bu fəlsəfi təlim mütləq surətdə tezliklə Azərbaycanın siyasi həyatına gətrilməlidir. Cəmiyyəti bir bayraq altınada birləşdirmək milli ideyadan başlanır.
Onu da deməyi özümə borc bilirəm ki, Ata fəlsəfəsini bu gün tam həyata tətbiq etmək mümkünsüzdür. Bu təlim yüzillərə, minillərə hesablanaraq yaradılmışdır. Amma xalqını və dövlətini düşünən hər bir Azərbaycanlı Ata fəlsəfəsini öyrənməlidir.
Bizdən aslı olmayaraq dünya qloballaşır. Böyük xalqlar kiçikləri öz içərisində əridəcək. Öz milli ideologyası olmayan xalqları gələcək dünya tarix kitablarından tanıyacaq. Bizim var olmağımızın yeganə yolu Asif Ataın yaratdığı Azərbaycan-Türk sivlizasyasını qürmağımızdadır.
Asif Ata böyük ruhaniyyat adamıdır. Ola bilər ki, mənim yanaşmam Ata fəlsəfəsini dərindən bilən dostlarımızı qane etməsin. Bu bir siyasi yanaşma olduğunu nəzərə alın.
22 ildir ki, mən Asif Ataın fəlsəfəsini öyrənir və təbliğ edirəm. Hər hansı bir siyasi nəticəni axtaranda mənim üçün ən məntiqi yol bu fəlsəfədir. Bu gün Azərbaycan siyasətində olan və siyasətlə məşğul olmaq istəyən şəxslər Asif Ataın fəlsəfi irsini öyrənməlidir. O zaman biz böyük Azərbaycan dövlətini quracaq və dünyanın güc mərkəzinə çevirəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir