
İsveçin Stokolum şəhərində yaşayan, Asif Ata Ocağının evladı Eluca Atalının görüşləri davam edir.
Yazıçı-filosofun ilk Görüşü Neftçalada Heydər Əliyev Mərkəzində və 1saylı məktəbdə keçirildi.
Növbəti görüşlər isə Nigar Sultanlının sədri olduğu Kitabçılıq və Naşirliyin İnkişafına Dəstək İB-nin təşkilatçılığı ilə Bakı şəhər 161 və 248 saylı məktəblərdə davam etdi.
Məktəblərdə, yazıçının “Ənqa quşu” kitabının müzakirəsi çox maraqlı oldu. Uşaqların təfəkkürü, təhlil qabiliyyətləri yazıçını valeh etdi.
Məktəbin dil-ədəbiyyat müəllimi Ülviyyə Əliyeva və Mətanət Həsənova uşaqlara oxu sevgisini aşılamağı təqdirə layiq hesab olundu.