
Xəbər verdiyimiz kimi, Prezident Aministrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin və bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Məlumata görə, onun həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Timur Mehdiyev və qızı Kamilə Əliyeva ölkədən kənara çıxa bilmirlər. Bundan başqa, sabiq administrasiya rəhbərinin kürəkəni, keçmiş deputat İlham Əliyev barəsində də oxşar qərar verilib.
“Yeni Sabah” məlumatı dəqiqləşdirmək üçün R.Mehdiyevin qızı, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva ilə əlaqə saxlayıb. Dominos pizza