İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

Kanalaz. TV Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə nazir öz “X” hesabında paylaşım edib.

“Azərbaycanın Təşkilatın Avrasiya Rəqabətqabiliyyətlilik Proqramındakı rolunun gücləndirilməsi üçün potensial imkanlar və 2026-cı ildə keçiriləcək OECD Avrasiya Həftəsi barədə müzakirələrimiz oldu. Avrasiya ölkələri ilə OECD arasında əlaqələri gücləndirmək regionun iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətlidir”, – deyə o bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir