
Onlayn ictimai-siyasi qəzet

“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi
“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib.
Musavat.com-un məlumatına görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
192,25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb.
“Sabah” 296-cı mövqedən 276-ya, “Zirə” 407-dən 387-yə, “Araz-Naxçıvan” 391-dən 390-a yüksəlib.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.
Ulduz futbolçunun başına İŞ GƏLDİ – Polis HƏRƏKƏTƏ KEÇDİ
“Çelsi” klubunun 30 yaşlı hücumçusu Rahim Sterlinqin evi qarət olunub.
Musavat.com xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Hadisə şənbə axşamı baş verib. Məlumata görə, oğurluq zamanı futbolçu ailəsi ilə birlikdə evdə olub. Oğrular onların evdə olduğunu görən kimi hadisə yerindən qaçıblar.
Polis artıq şübhəlilərin şəxsiyyətini müəyyən edib.
Qeyd edək ki, Rahim Sterlinqin evi daha əvvəl də qarət olunub. 2022-ci ildə baş verən həmin hadisəyə görə, futbolçu Qətərdə keçirilən dünya çempionatında İngiltərə millisinin düşərgəsini tərk etmişdi.
Musavat.com
“Çox təkəbbürlüdür” – Ronaldo Ronaldo haqda
“İnter”in, “Real Madrid”in və Braziliya millisinin sabiq hücumçusu Ronaldo “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldonu tənqid edib.
Kanalaz.Tv Milli.Az -a istinadən xəbər verir ki, “Bəzi insanlar çox təkəbbürlüdür. Özüm haqqında danışmağıma yox, başqalarının mənim haqqımda danışmasına üstünlük verirəm. O, tarixin ən yaxşı oyunçularından biridir, amma o, ən yaxşısıdır? Razı deyiləm. Amma onun fikrinə hörmət edirəm. Hətta deyərdim ki, Kriştiano ilk onluqdadır”, – o, bildirib.
Qeyd edək ki, Kristiano Ronaldo beşqat “Qızıl top”un qalibi və 2016-cı ilin Avropa çempionudur. Bu mövsüm portuqaliyalı bütün turnirlərdə klub üçün 11 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib
