Moskvada səhər saatlarında avtomobil partlayışı baş verib. Hadisə nəticəsində Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarov həlak olub.
Məlumata görə, partlayış generalın idarə etdiyi avtomobildə baş verib. Hadisə zamanı Sarvarov çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin istintaq məlumatlarına əsasən, əldəqayırma partlayıcı qurğu avtomobilin sürücü oturacağının altına yerləşdirilib. Partlayışın gücü nəticəsində nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb.
Hadisə ilə bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, əraziyə operativ-istintaq qrupu cəlb olunub. Partlayışın kimlər tərəfindən və hansı məqsədlə törədildiyi araşdırılır.
Rəsmi qurumlar hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verəcəklərini bildiriblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir