
İranın pilotsuz uçuş aparatı Bəhreynin “Bapco Energies” neft-qaz şirkətinin yanacaq rezervuarlarından birini vurub, zərbə nəticəsində yaranan yanğın söndürülüb.
- Kanalaz.tv TASS agentliyinə istinadən xəbər verir, bu barədə korporasiyanın Bəhreyn İnformasiya Agentliyi tərəfindən yayılan bəyanatında deyilir.
“Hücum nəticəsində xəsarət alan yoxdur. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi aparılır”, – deyə “Bapco Energies”in bəyanatında qeyd olunur.