Türkiyə müdafiə sənayesində yeni mərhələyə keçdiyini nümayiş etdirərək ilk qitələrarası ballistik raketini – “Yıldırımhan” sistemini ictimaiyyətə təqdim edib.
Kanalaz. TV verdiyi xəbərə görə, yeni raket kompleksi SAHA Expo 2026 müdafiə sərgisi çərçivəsində nümayiş olunub.
Məlumata görə, “Yıldırımhan” raketi təxminən 6000 kilometr mənzilə malikdir və bu göstərici onu qitələrarası zərbə imkanına sahib sistemlər sırasına daxil edir. Raketin yüksək sürətlə – hipersəs (təxminən Mach 25) səviyyəsində hərəkət etdiyi bildirilir. Bu isə onu həm çətin tutulabilən, həm də strateji baxımdan əhəmiyyətli silah sisteminə çevirir.
Mütəxəssislərin fikrincə, belə texnologiyanın inkişafı Türkiyənin müdafiə qabiliyyətini və çəkindiricilik gücünü əhəmiyyətli dərəcədə artırır. Qitələrarası ballistik raketlər dünyada yalnız məhdud sayda ölkənin arsenalında mövcuddur və yüksək texnoloji səviyyənin göstəricisi hesab olunur.
Yeni sistemin texniki detalları tam açıqlanmasa da, təqdimat Türkiyənin müdafiə sənayesində müstəqillik strategiyasının davam etdiyini göstərir. Bu addım regionda və qlobal miqyasda hərbi balansın müzakirə mövzusu olacağı gözlənilir.
Rabil Cəfərli