
Ana — Türkün müqəddəs başlanğıcı
Biz kimik?
Tarixin kənarında qalan yox, tarixin ruhunu yaradan iradə.
Qədim cəmiyyətlərin çoxunda qadın susduruldu, kölgəyə çəkildi.
Platon kimi düşüncələr qadını sadəcə vasitə səviyyəsinə endirdi.
Hüquqdan məhrum edildi, seçim haqqı əlindən alındı.
Amma Türk yaddaşı başqa cür yazıldı.
Bizim dünyagörüşümüzdə qadın — kölgə deyil, başlanğıcdır.
Qadın — ANA-dır.
Ana yalnız doğan deyil.
Ana yetişdirən, yön verən, millətin ruhunu yoğurandır.
Türk törəsi qadını susdurmadı — ona söz verdi.
Onu zəif saymadı — ona güvəndi.
Onu seçimdən məhrum etmədi — ona iradə tanıdı.
Kişi savaşda olanda, oba qadının iradəsi ilə idarə olundu.
Bu, məcburiyyət deyildi — bu, etimadın zirvəsi idi.
Bilgə Xaqan dövründən gələn ruh bunu açıq deyir:
Qadın seçər.
Qadın söz sahibidir.
Qadın ailənin və toplumun dayağıdır.
Ana haqqı Tanrı haqqına bərabər tutulursa,
demək ki, qadına hörmət sadəcə əxlaq deyil — varlığın qanunudur.
Başqaları qadını susduraraq güc axtardı,
Türk qadını ucaldaraq güc tapdı.
İndi isə sual bizim qarşımızdadır:
Biz öz kökümüzə sadiqik, yoxsa özümüzdən uzaqlaşmışıq?
Unutma —
Qadınını ucaldan millət yüksələr.
Qadınını itirən millət özünü itirər.
Titrə və özünə dön, ey Türk!
Çünki sənin başlanğıcın — ANA,
sənin gücün — özün olmaqdır.
Düzgün Atalı