
Türkiyənin Qəhrəmanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum edən şagird özünü öldürüb.
Bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, səkkizinci sinif şagirdi məktəbə 5 silah və 7 daraqla gəlib.
O ilkin məlumata görə 4 nəfərin həyatına son verib, 20-sini yaralayıb.
Hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.