
ABŞ-də hökm sürən anomal isti hava şəraiti nəticəsində azı 25 nəfər dünyasını dəyişib.
Ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb – burada həyatını itirənlərin sayı 22-yə yüksəlib. İstilər səbəbindən daha bir ölüm faktı İllinoysda, iki hal isə Missisipidə qeydə alınıb.
Dünyasını dəyişənlərin bir çoxunun cəsədi kondisioneri olmayan evlərdə, bəziləri isə küçədə və ya park edilmiş avtomobillərdə tapılıb.