“Türk-İslam sintezi” adı altında təqdim edilən model əslində milli ruhu dini qəlib içində əritmək layihəsidir. Turan düşüncəsi millidir, din isə ümmətçidir. Türkün kimliyi öz kökündən, öz tarixindən, öz bozqurd ruhundan doğar; yad ideologiyaların içində deyil. Türkü tarix boyu ayaqda saxlayan onun azadlıq xarakteri, dövlət ağlı və Tanrıçılıqdan gələn özünəinamı idi, kor itaət anlayışı yox.

Turan bir millət idealıdır — dili, qanı, tarixi və taleyi bir olan xalqların böyük birliyidir. Din isə sərhədsiz ümmət çağırışı ilə milli sərhədləri və etnik kimlikləri arxa plana keçirir. Bunları zorla eyni qəlibə salmaq həm tarixi qarışdırmaq, həm də türk kimliyinin mahiyyətini zəiflətməkdir.

“Türk-İslam sintezi” deyilən anlayış uzun illər boyunca siyasi dairələrin əlində ideoloji alətə çevrildi. Millətin enerjisi milli şüura deyil, dini itaətə yönəldildi. Türkün savaşçı və yaradıcı ruhu yerinə itaətkar kütlə modeli formalaşdırıldı. Halbuki islamdan çox əvvəl də türkün böyük dövlətləri, qanunları, əxlaq sistemi və yüksək mədəniyyəti vardı. Göytürklər də vardı, Hunlar da, Sakalar da. Deməli, türk islamla “şərəflənmədi”; əksinə, türk öz xarakteri və dövlətçilik gücü ilə daxil olduğu hər coğrafiyaya güc verdi.

Türkün dirçəlişi onun öz kökünə, öz milli şüuruna və Turan idealına qayıdışından keçir. Çünki milləti ayaqda saxlayan şey kor inanc deyil, kimlik şüuru, azad düşüncə və milli ruhdur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir